Xəzər Media Mərkəzinin 103 və 103.3 FM radio dalğalarının rəhbəri, eyni zamanda “5/5” verilişinin layihə rəhbəri Zaur Kamalın səlahiyyətlərinin əlindən alındığı haqda xəbər yayılıb.
Z.Kamal yayılan məlumatı təkzib edib:
“Mən radioda rəhbər olmamışam, baş redaktor vəzifəsində çalışmışam və indi də işimin başındayam. “5/5”-ə gəldikdə isə, o verilişin illərdir aparıcısıyam, layihə rəhbəri isə Rauf Sübhidir. Yəni, heç bir dəyişiklik yoxdur”.
ONN İnformasiya Agentliyi