hemle

Fransada nazirlərə bəzi mesencerlərdən istifadə etmək qadağan olunub

Tarix:30-11-2023, 09:35
Baxış Sayı:82

Fransa hökumətinin üzvləri bundan sonra “WhatsApp”, “Telegram” və “Signal” mesencerlərindən istifadə edə bilməyəcəklər.

Müvafiq sirkulyar respublikanın Baş naziri Elizabet Born tərəfindən imzalanıb.

Sənəd nazirləri dekabrın 8-dək Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyi (ANSSI) tərəfindən təsdiq edilməyən bütün mesajlaşma proqramlarını cihazlarından silməyə məcbur edir.

“Əsas ani mesajlaşma servisləri gündəlik ünsiyyətimizdə getdikcə daha vacib rol oynayır. Bununla belə, bu rəqəmsal alətlər təhlükəsizliklə bağlı çatışmazlıqlardan da məhrum deyil”, - deyə sirkulyarda qeyd olunub.

Nazirlər Kabinetinin üzvlərinə sənəddə ANSSI-dən təhlükəsizlik sertifikatı almış yeganə mesajlaşma platforması kimi təsvir edilən Fransanın “Olvid” mesencerindən istifadə etmək tövsiyə olunur. Onu istifadə etmək üçün telefon nömrəsinə ehtiyac yoxdur.

Mənbə: TASS

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı