hemle

Yanğına görə bu yollara məhdudiyyət qoyuldu - Foto

Tarix:23-11-2023, 08:39
Baxış Sayı:106

Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, hadisə ilə əlaqədar Bakının bəzi yollarına məhdudiyyət qoyulub.

Belə ki, Binəqədi rayonu Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətinə yolda məhdudiyyət tətbiq edilib.

Xatırladaq ki, bu gün səhər saat 05:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın olub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb. Xəsarət alan yoxdur. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Yanğına görə bu yollara məhdudiyyət qoyuldu - Foto

Digər xəbərlər
17:40 Taksilərdə yeni tələblər - Dəyişikliklər var
17:37 Onlar ölkədən çıxa bilməyəcək
17:35 Pensiya alanların nəzərinə - Dəyişiklik edilir
17:28 Bu həkimlər 9000 manat cərimələnəcək
17:21 Kartdan pul çəkənlər daha tez tapılacaq - Yeni qayda
17:19 Kirayə qalanlara ŞAD XƏBƏR
17:11 Qanunsuz abort və süni mayalanmaya görə cəzalar sərtləşdirilir
17:05 Aİ liderləri Azərbaycanla Ermənistanı təbrik etdi