hemle

Elçin Quliyev generalı təntənə ilə yola saldı

Tarix:15-11-2023, 16:06
Baxış Sayı:147

Elçin Quliyev generalı təntənə ilə yola saldı

Bir müddət öncə sağlamlığında olan problemlərə görə, öz müraciəti əsasında Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin rəisi vəzifəsindən azad olunan general-mayor Ayaz Hüseynov Silahlı Qüvvələrin ehtiyatına buraxılıb.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev generalı qəbul edərək onun çalışdığı illər ərzində böyük xidmətləri olduğunu diqqətə çatdırıb, peşə fəa­liy­­yətini yüksək qiymətləndirib.

Elçin Quliyevin tapşırığı əsasında Xidmət rəisinin müavini general-leytenant Cavid Abdullayevin iştirakı ilə Ayaz Hüseynovun hörmətlə yola salınması üçün onun tabeliyində olmuş şəxsi heyətlə səmimi bir görüş də keçirilib. C. Abdullayev isə görüşdə bildirib ki, Xidmət rəhbəri Ayaz Hüseynova Dövlət Sərhəd Xidmətində fəaliyyətini davam etdirməyi təkidlə təklif etsə də, bir müddət öncə keçirdiyi avtomobil qəzasının səhhətində yaratdığı problemlər səbəbindən işləməkdən imtina edib. Görüşün sonunda A. Hüseynov çalışdığı müddətdə ona göstərilən etimad və diqqətə görə ölkə rəhbərliyinə və xidmət rəisinə dərin münnətdarlığını bildirib.

Qeyd edək ki, Ayaz Hüsey­nov Dövlət Sərhəd Xidmətində 20 ildən artıq bir müddətdə qüsursuz xidmət edib. Vətənpərvərliyi, döv­lətə sədaqəti və peşəkarlığı ilə seçilən zabit olduğu üçün onun xidməti fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Tərəqqi” medalları ilə təltif edilib. Gənc yaşlarından general-mayor rütbəsinə layiq görülərək, ölkənin ən gənc generallarının sırasına daxil olub. 44 günlük müharibədən sonra ölkə başçısının Sərəncamı ilə “Vətənə xidmətə görə ordeni” ilə təltif olunub. Müharibə veteranıdır.

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?