hemle

Xaçmazda dava: güllələnən və bıçaqlananlar var

Tarix:4-11-2023, 11:46
Baxış Sayı:122

Xaçmazın Nabran kəndində baş verən davada güllə yarası alan və bıçaqlananlar var.

Yenixeber.org xəbər verir ki, rayonun Şimali kənd sakini - 1978-ci il təvəllüdlü Ramik Ramiz oğlu Rüstəmov Nabran kəndi ərazisində Cami Nizam oğlu Zalov ilə qarşılıqlı mübahisə zamanı çoxsaylı bıçaq xəsarəti və ayaq nahiyəsindən silah yarası alıb.

Hadisənin digər iştirakçısı olan və onları ayırmağa çalışan rayonun Yalama kənd sakini - 1978-ci il təvəllüdlü Şöhrət Gülmət oğlu Şıxmətov isə qol nahiyəsindən bıçaq xəsarətləri alıb.

Yaralılar təcilli tibbi yardım briqadası ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən C.Zalovun saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Hadisənin başvermə səbəbi məlum deyil.(Report)

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ