hemle

Yarasa siyasəti...

Tarix:8-05-2020, 13:55
Baxış Sayı:534

Rəvayətə görə, keçmiş zamanlarda heyvanlarla quşlar arasında amansız müharibə gedir. Əvvəlcə quşlar heyvanların üzərində üstünlük əldə edir. Bu zaman yarasa quşlara qoşulur, onlarla birlikdə uçaraq qanadlarını göstərir və quş olduğunu söyləyir. Daha sonra heyvanlar üstünlüyü ələ alır. Bu dəfə yarasa onlara sığınır. Heyvanlara caynaqlarını, məmələrini, dişlərini göstərərək, quşlar kimi yumurta qoymadığını, heyvanlar kimi balaladığını və körpələrini südlə bəslədiyini deyərək məhz onlardan biri olduğunu isbatlamağa çalışır. Uzun sürən mübarizənin sonunda nəhayət quşlar qalib gəlir. Yarasa dərhal yenidən quşların tərəfinə keçir. Onlarla birlikdə qalibiyyəti qeyd etmək istəsə də, səmimiyyəti qəbul olunmur və o, məclisdən qovulur. Bu zaman əlacsız yarasa vəziyyətdən çıxış kimi heyvanlara sığınmaq istəyir. Lakin dəstək görmədiyindən buradan da rədd edilir. Beləcə nə quşların nə də heyvanların yanında yer ala bilən yarasa o vaxtdan yalnız gecələr, zülmət qaranlıqda uçur. Quşlardan və heyvanlardan gizlənərək...


Rəvayətdə sanki bugünkü Azərbaycan reallığı da əks olunur. Böyük əksəriyyət vacib və prinsipial içtimai-siyasi mövzular ətrafında təəssüf ki, naməlum səbəbdən “yarasa siyasəti” nümayiş etdirir. Bir çox siyasilər, ideoloqlar, politoloqlar, ziyalılar hələ də lazımi birbaşa aydın mövqe ifadə etmir, açıq danışmaqdan çəkinir, opponentlərlə üz-üzə gəlməkdən boyun qaçırır, xarici təzyiqlərə qarşı qətiyyətli mövqe nümayiş etdirmirlər. Seyirçi mövqe və ya mövqesizliklə sanki hansısa dəyişikliyi gözləyirmiş kimi gizlənməyə üstünlük verirlər. Bir qədər də açıq desəm, bu laqeyid və etinasız vəzifə sahibləri hər ehtimala qarşı bütün məclislərdə özlərinə ehtiyat yer saxlamaq düşüncəsi ilə yaşayırlar. Eyniylə yarasalar kimi. Gecənin zülmətinə bürünərək... Quşlara qanad, heyvanlara məmə göstərərək....

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ