hemle

Bakıdakı qəzada ölənlərdən biri sabiq rəis müavini imiş

Tarix:16-10-2023, 12:21
Baxış Sayı:727

Oktyabrın 14-də saat 20:30 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində baş vermiş ağır qəzada vəfat edənlərdən biri yüksək vəzifədə çalışıbmış.

Zəncirvari qəzada iştirak edən “Toyota Prius”dakı sərnişin 1971-ci il təvəllüdlü Cavanşir Muxamed oğlu Saidov Dövlət Vergi Xidmətinin Sosial Sığorta işləri üzrə rəis müavini vəzifəsində işləyib. O, bir büddət əvvəl vəzifədən azad edilib.

Qeyd edək ki, hadisə zamanı “Mercedes C-240”, “Lada Priora”, “Vaz 2114” və “Toyota Prius” toqquşub. Nəticədə “Prius”da sərnişin olan C.Sadiovla yanaşı, sürücü Arzu Nəqiyev, eləcə də “Mercedes”i idarə edən Teymur Məmmədtağıyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

“Toyota Prius”da olan digər sərnişin Könül Muradova isə kəllə-beyin silkələnməsi xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Digər xəbərlər
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu