hemle

Dərin dövlət və ya kəşfiyyat xidməti... - “Mossad” belə yaranıb

Tarix:11-10-2023, 08:17
Baxış Sayı:60

Günümüzdə müharibələr yalnız hərbi sferada özünü göstərmir. Qarşı tərəfə qalib gəlmək üçün əsas vasitələrdən biri də kəşfiyyati üstünlüklərə malik olmaqdır.

Hazırda dünyanın əsas gündəmi olan İsrail və Fələstin arasındakı münqişədə də gözlər İsrailin dünyanın ilk beşliyinə daxil olan kəşfiyyat xidməti "Mossad"a çevrilib.

Bir çox mütəxəssislər həmin müharibənin gedişatını məhz "Mossad"ın kəşfiyyati xidmətləri sayəsində dəyişəcəyi qənaətindədir.

Bəs, "Mossad" necə dünyanın ən yaxşı kəşfiyyat xidmətlərindən biri oldu?

"Qafqazinfo" xarici KİV-ə istinadən "Mossad"ın tarixi və onunla bağlı məqamları təqdim edir:

"Mossad" İsrailin milli kəşfiyyat orqanıdır. O, ölkənin, hərbi kəşfiyyat agentliyi "Aman" və daxili təhlükəsizlik agentliyi "Şin Bet" ilə birlikdə İsrail Kəşfiyyat Birliyinin bölmələrindən biridir.

Hansı vəzifələri yerinə yetirir?

"Mossad" kəşfiyyat məlumatlarının toplanması, gizli əməliyyatlar və terrorla mübarizəyə cavabdehdir. Qurumun əsas mahiyyəti yarandığı gündən təkcə İsraili deyil, həm də dünyanın bütün yahudi icmalarını mümkün hücum cəhdindən qorumaqdır.

"Mossad"ın tarixi

"Mossad" 13 dekabr 1949-cu ildə Mərkəzi Koordinasiya İnstitutu olaraq yaradılıb.

1951-ci ilin martında o, yenidən təşkil olunub. Lakin təşkilat müxtəlif rəsmi adlarla 1990-cı illərə qədər fəaliyyətini gizli saxlaya bilib.

Dərin dövlət

"Mossad" heç bir hüquqi məqsəd, rol, vəzifə, səlahiyyət və büdcə ilə müəyyən edilə bilməz və İsrail dövlətinin konstitusiya qanunlarından tamamilə azad olduğu üçün dərin dövlət hesab olunur.

"Mossad" direktoru birbaşa İsrailin Baş naziri qarşısında cavabdehdir.

İllik büdcəsinin təqribən 10 milyard şekel olduğu təxmin edilən "Mossad" bəzi mənbələrə görə, Amerika və Qərb dünyasında ikinci ən böyük kəşfiyyat təşkilatıdır.

Üzvləri

Rəsmi mənbələrə əsasən, təşkilat 1200 personala malikdir. Lakin qeyr-rəsmi məlumatlarda onların sayının dünya üzərində 30 mindən çox olduğu bildirilir. Qeyd olunur ki, hər bir yəhudi bu və ya digər şəkildə "Mossad"a xidmət edir. Hətta israillilər "Mossad"a xidməti və onun üçün məlumat toplamağı özlərinə borc bildiklərini də deyirlər. Çünki yahudilər "Mossad" sayəsində qorunduqlarına inanırlar.

Həmçinin, dünyada ən çox qadın üzvə sahib olan kəşfiyyat orqanıdır.

Təkşilatın hazırki rəhbəri David Barneadır.

"Mossad" və İsrail-Fələstin münaqişəsi

7 oktyabrda HƏMAS-ın İsrailə hücumu nəticəsində "Mossad" yenidən dünya kəşfiyyatının gündəminə gəldi. Bəzi mütəxəssislər qeyd edirlər ki, belə bir təşkilat niyə hadisələri öncədən müəyyən edə bilməyib. Vurğulanır ki, belə bir qəfil hücum uzun hazırlıq dövrü tələb edir.

Hazırda İsraildə bununla bağlı araşdırma aparılır və araşdırmanın illər ərzində çəkəcəyi də bildirilir.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ