hemle

Üç il öncə: Gəncə ikinci dəfə Ermənistan tərəfindən raket atəşinə tutulmuşdu

Tarix:5-10-2023, 07:13
Baxış Sayı:62

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Vətən müharibəsində Ermənistan tərəfindən ikinci dəfə raket atəşinə tutulmasından üç il keçir.

Ermənistan 2020-ci il oktyabrın 5-də Gəncəyə növbəti dəfə raket atıb.

Hücum nəticəsində üç mülki şəxs yaralanıb.

Onu da xatırladaq ki, Ermənistan 2020-ci il oktyabrın 4-də səhər saat 10 radələrində Gəncəyə ilk dəfə raket atıb.
Raketlər Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadıqları ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.

Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində bir mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

Ermənistanın bu addımı müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı