ABŞ dövlət katibi Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə birbaşa danışıqlar aparıb, bir sıra rəsmilərimiz təkcə əməliyyatların başladığı son həftə və ya 10 gün ərzində deyil, bir neçə ay əvvəl də bölgəyə səfər ediblər.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bugünkü brifinqdə bildirib.
“Biz diplomatik həll yolu tapmaq üçün hər şeyi etdik, lakin günün sonunda unutmamalıyıq ki, burada bir-birinə zidd olan iki tərəf var. Biz onları bir-birinə daha da yaxınlaşdırmaq üçün əlimizdən gələni edə bilərik, lakin sonda onlar bir-biri ilə danışmağa razılıq verməlidirlər və nəhayət bir növ həll yolu tapmalıdırlar. Biz bunu edəcəyik, bu prosesi dəstəkləməkdə öz rolumuzu oynamağa davam edəcəyik”, - o qeyd edib.
ABŞ rəsmisi Rusiyanın Qarabağda baş verənlərdə rolu ilə bağlı sualı da cavablandırıb.
Onun fikrincə, Rusiya son bir həftə ərzində Qarabağda heç bir təsirli rol oynamayıb.
“Dövlətlər olub ki, biz onların danışıqlara töhfə verdiklərini görmüşük və biz bunu alqışlamışıq, lakin əlbəttə ki, onların ötən həftə bu vəziyyətdəki rolu təsirli olmayıb”, - Miller vurğulayıb.