hemle

İradə Həsənzadə son hökmünü oxudu

Tarix:30-08-2023, 11:10
Baxış Sayı:62

İradə Həsənzadə son hökmünü oxudu


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə hakimlik fəaliyyətini yekunlaşdırıb.

Xanım hakim yaşla bağlı təqaüdə göndərilib.

İ.Həsənzadə ötən gün sonuncu dəfə iclasa qatılaraq hökm oxuyub. Belə ki, hakimin hökmünə əsasən, külli miqdarda dələduzluqda ittiham edilən A.Novruzova 5 il 6 ay müddətinə şərti cəza (elektron qolbaq taxılmaqla azadlığın məhdudlaşdırılması) verilib.

İradə Həsənzadə 7 il Xətai Rayon Məhkəməsinin sədri olub. O, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.

Qeyd edək ki, bu ilin mayında İradə Həsənzadənin 65 illik yubileyi ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində tədbir də keçirilib.

Digər xəbərlər
14:14 Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:03 İrəvanın Bakıya qarşı hiyləgər planı: Moskvaya “razıyam” mesajını göndərdi
13:43 Ermənistan sərhəddə eskalasiya əlaməti görmür: İrəvanın Zəngəzurla bağlı mövqeyi dəyişib?
10:46 Dünyada neçə ədər Mona Liza var? - Mona Liza haqqında bunları bilirdinizmi?
10:42 Prezident və xanımı İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini anıblar
10:35 Azərbaycandan Pakistana SİYASİ DƏSTƏK - Hindistanın hücumları pisləndi
10:33 DİN-dən əhaliyə xəbərdarlıq - Təhlükə var
10:31 Hitlerin intiharından saatlar öncə nələr baş vermişdi? - İlk dəfə açıqlanan sirlər