hemle

Putinin yeni fərman imzaladı: Bu qərar çox sayda ölkə ilə münasibətləri gərginləşdirə bilər

Tarix:9-08-2023, 09:20
Baxış Sayı:112

Rusiya Prezidenti Vladimir Putin “dost olmayan dövlətlər” - ABŞ, Kanada, Yaponiya, Avropa İttifaqı və digər ölkələrlə bir sıra vergi sazişlərinin dayandırılmasını nəzərdə tutan fərman imzalayıb.

Dərc olunan sənədə əsasən, ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişin bəzi müddəaları qüvvədən düşür. Söhbət gəlir və əmlaka təsir edən müqavilələrdən gedir.

Fərman Polşa, Amerika Birləşmiş Ştatları, Cənubi Koreya, İsveç, Lüksemburq, Rumıniya, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, İrlandiya, Slovakiya, Albaniya, Belçika, Sloveniya, Xorvatiya, Kanada, İsveçrə, Monteneqro, Çexiya, Danimarka, İtaliya, Finlandiya, Almaniya, Fransa, Makedoniya, Kipr, İspaniya, Litva, İslandiya, Portuqaliya, Avstriya, Yunanıstan, Yeni Zelandiya, Avstraliya, Sinqapur, Malta və Yaponiya ilə müqavilələrin bəzi müddəalarına xitam verir.

Hökumətə göstəriş verilib ki, müvafiq qanunlar hazırlanaraq baxılması üçün Dövlət Dumasına təqdim edilsin. Fərmandan irəli gələn sazişlər “xarici dövlətlər tərəfindən Rusiya Federasiyasının qanuni iqtisadi və digər mənafelərinə, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarına qarşı törətdikləri pozuntular aradan qaldırılana qədər” dayandırılır.
Qeyd edək ki, iyun ayında Rusiya Maliyyə Nazirliyi vergi sığınacaqlarının qara siyahısını iki dəfə artırıb. Buraya qeyri-dost ölkələr, o cümlədən ABŞ, Böyük Britaniya və Avropa Birliyinin əsas ölkələri də əlavə edilib. Nazirlikdən bildirilib ki, siyahıya Aİ-nin qara siyahısına salındıqdan sonra Rusiya ilə məlumat mübadiləsini dayandıran ölkələr əlavə edilib. İyul ayında Danimarka da Rusiyanı 2024-cü il yanvarın 1-dən ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı razılaşmanın ləğvi barədə xəbərdar edib.

Mənbə: Kommersant.ru

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış