hemle

“İCRA BAŞÇISI MƏHKƏMƏ QƏRARI İLƏ TORPAQ ƏLƏ KEÇİRİR...” – YAP-çı deputat

Tarix:5-05-2020, 19:41
Baxış Sayı:483

Parlamentin bu gün keçirilən plenar iclasında Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirə olunub.

“AzPolitika.info” xəbər verir ki, iclasda çıxış edən YAP-çı deputat, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məhkəmələrin işində ciddi nöqsanların hələ də qaldığını və bir çox hakimlərin öz vəzifələrinin yaratdığı məsuliyyəti dərk edə bilmədiklərini xüsusi vurğulayıb:

“Bu gün müzakirəyə çıxarılan Ali Məhkəmə və Apellyasiya Məhkəməsi hakimlərinin təyinatı ilə bağlı cənab Prezidentin təqdimatı, hesab edirəm ki, sıradan bir məsələ deyil, məhkəmə-hüquq islahatları çərçivəsində növbəti əməli addımlardan biri kimi qiymətləndirilməlidir. Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də ciddi islahatlar həyata keçirilməkdədir. Ölkə başçısının 3 aprel 2019-cu il tarixli fərmanı bu istiqamətdə aparılan islahatların yeni hədəflərini müəyyən edib. Məhkəmələrin maddi-texniki bazasının yüksək səviyyədə təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsində özünü göstərməkdədir. Lakin etiraf etməliyik ki, bu sahədə görüləsi hələ çox iş vardır. Məhkəmə sisteminin bu gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan islahatların tempinə, islahatlar kursuna hələ tam adekvat olduğunu demək olmur. Ədalət mühakiməsi qanunların tətbiqində həyata keçirdiyi effektivlik, qərarların sürətliliyi və ədalətliliyi ilə həm də inkişaf edən biznes və sahibkarlıq mühitinin təminatçısı kimi çıxış edir. Təsadüfi deyil ki, ölkə başçısının 3 aprel 2019-cu il tarixli fərmanı ilə məhkəmə sistemi qarşısında qoyulan vəzifələrin əsas istiqamətlərdən biri də “Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi”dir.



Bu günlərdə həbs edilən rayon İH başçılarından birinin ölkə başçısı tərəfindən şəxsən nəzarətə götürülən əməllərindən biri də ayrı-ayrı vətəndaşların torpaqlarının zorla ələ keçirilməsi olub. Acınacaqlı haldır ki, həmin İH başçısı vətəndaşların torpaqlarını ələ keçirməsinə məhkəmə qərarları ilə hüquqi don geydirməyə çalışıb. Bu nə deməkdir? Bu, o deməkdir ki, bir çox hakimlərimiz hələ də qanunun aliliyi, konstitusion hüquqların hər şeydən üstün olması, mülkiyyət hüquqlarının qorunmalı olmasını dərk edə bilməmiş, öz şəxsi maraqlarını hər şeydən üstün tutmuşlar”.

Deputat qeyd edib ki, ədalətli məhkəmə sistemi ölkənin iqtisadi mənafeyinin, iqtisadiyyata investisiya axınının təmin edilməsində əhəmiyyətli rol oynayır: “Bu gün dünyanı saran koronavirus pandemiyasının planetimiz üçün yaratdığı ən ağrılı problemlərdən biri də iqtisadi çətinliklərdir. Biz xoşbəxt ölkəyik ki, Azərbaycan Respublikasının Prezidentinin uzaqgörən iqtisadi siyasəti sayəsində ölkəmiz dünyada olan böhranları hiss etmir. Lakin biz yerində saya da bilmərik. İqtisadiyyatımız, xüsusən də qeyri-neft sektoru inkişaf etməlidir və bu, ancaq yeni investisiya qoyuluşları ilə mümkün ola bilər. İnvestisiya qoyuluşlarının dərinləşməsi yalnız iqtisadi və institusional tədbirlərin görülməsindən asılı deyil, eyni zamanda özünə inam formalaşdırmış ədalət məhkəməsinin mövcudluğundan, həm hər-hansı məmurun özbaşnalığı, həm də iqtisadi fəaliyyətin digər aktorlarının qanunsuz fəaliyyəti və ya haqsız rəqabətindən qorunmağa imkan verən məhkəmə sisteminin fəaliyyətindən asılıdır. Hansı halda iqtisadiyyata yeni investisiya qoyuluşları edilir? O halda ki, ölkədə sabitlik, investisiyaların qorunmasına yönəlmiş mükəmməl qanunvericilik bazası və həmin qanunları effektiv tətbiq edən müstəqil və ədalətli məhkəmə sistemi olsun. Biz ölkəmizdəki sabitliklə fəxr edirik. İnvestisiya mühitinin yaranmasına və qorunmasına yönəlmiş qanunvericilik bazamız var. Qalır ancaq bu qanunları effektiv və ədalətli tətbiq edəcək hakimlərimizin, məhkəmələrimizin olması.

Bu gün təyin olunan hakimlərdən ən böyük gözləntilərimiz ümumi məhkəmə sistemimizə qeyd etdiyim istiqamətlərdə töhfə vermələri, olkə başçısı cənab İlham Əliyevin apardığı islahatlar kursuna əməli dəstək vermələridir. Mən buna inanıram və bir daha hər birinizə uğurlar arzu edirəm.”

Tahir

“AzPolitika.info”

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ