hemle

Rus politoloq Paşinyanı devirməyə çağırdı

Tarix:5-05-2020, 14:07
Baxış Sayı:434

Rusiya Ermənistan daxilində Paşinyana qarşı yeni müxalifət formalaşdırmağa hazırlaşmır.

Turkustan.info xəbər verir ki, bunu “1in.am”a müsahibəsində rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

“Rəsmi Rusiya Ermənistan daxilində heç nə axtarmağa hazırlaşmır. Burada nəsə axtarmağa hələlik yalnız demokratiyanın uğurları barədə bukletlərlə doyuzdurulan erməni xalqı məcbur olacaq. Xalq öz daxilindən situasiyanı daha yaxşıya dəyişəcək şəxsləri irəli sürəcək. Ermənistan xalqı üçün problem təkcə onların ümidlərini məhv edən Nikol Vovayeviçdən qisas almaq yox, həm də situasiyanı real olaraq stabilləşdirəcək siyasətçilər tapmaqdan ibarətdir. Ermənistanın elə də böyük olmayan ölkə olduğunu nəzərə alarsaq, bugünkü beynəlxalq şəraitdə bu, praktik olaraq imkansızdır. İstənilən halda Ermənistan yalnız Rusiya ilə əməkdaşlıq çərçivəsində yaşaya bilər. Nüfuzlu Rusiya olmadan Ermənistan, həm də bir sıra başqa ölkələr, sadəcə, postsovet xəritəsindən silinə bilərlər. Əgər nəzəri olaraq təxminlər irəli sürsək, o zaman siyasi cəmiyyət daxilində hər zaman lazımlı adamları tapmağın mümkün olduğunu demək olar”, – deyə o bildirib. /Axar.az/

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ