Sabiq Baş nazir Surət Hüseynov Gəncədə dəfn edilib.
O, "Yeni Səbiskar" qəbiristanlığında valideynlərinin məzarının yanında dəfn olunub.
***
12:06
İyulun 31-də vəfat edən Azərbaycanın sabiq baş naziri Surət Hüseynovla vida mərasimi keçirilir.
Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı da vida mərasiminə qatılıb.
***
08:10
Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun cənazəsi bu gün səhər saatlarında Gəncəyə gətirilib.
Onunla İsmət Qayıbov küçəsində yerləşən evində vida mərasimi keçiriləndən sonra valideyinlərinin yanında dəfn ediləcək.
Xatırladaq ki, mərhumun cənazəsi gecə saatlarında təyyarə ilə Türkiyədən Bakıya gətirilib.