hemle

Şirvanda zavodda sursat partladı - Ölən və xəsarət alan var

Tarix:24-07-2023, 12:50
Baxış Sayı:93

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub.

Hadisə saat 11.30 radələrində qeydə alınıb.

Yığma sexində sursatın partlaması nəticəsində bir nəfər işçi ölüb. Bir işçi müxtəlif xəsarətlərlə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Sənayesi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 12 radələrində nazirliyin "Şirvan Araz zavodu" MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib. Nəticədə bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.

Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Şəkərova Səbinə Elyas qızı olduğu bildirilir.

Modern.az

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ