hemle

Türkiyənin İsveçə “yaşıl işıq” yandırmasındakı motivlər: Suriyadan çıxan səslər - TƏHLİL

Tarix:11-07-2023, 18:25
Baxış Sayı:67

Türkiyə İsveçin NATO üzvlüyünə qəbulu üçün protokolu imzalamağa razılıq verib, bu, Alyansın genişlənmə imicini təqdim etməyə imkan verir.

Türkiyənin perspektiv üçün güzəşt paketini almadan bu qərarı verməsi inandırıcı səslənmir. Bu baxımdan, ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammiti öncəsi ölkəsinin Avropa İttifaqına üzvlüyünü şərt kimi irəli sürməsinə nəzər yetirmək lazımdır.

Bu bəyanatdan sonra NATO Baş katibi Yens Stoltenberq:

- Türkiyənin Avropa İttifaqına üzvlük məsələsini dəstəklədiyini bildirdi,

- Türkiyə-NATO-İsveç danışıqlarının nəticəsi olaraq İsveçin Alyansa üzvlüyü barədə razılıq əldə olunduğunu açıqladı.

Türkiyə NATO ailəsinin böyüməsinə razılıq verməsi müqabilində ölkənin Avropa İttifaqına üzvlüyünə əngəllərin aradan qaldırılmasına dair vəd ala bilər.

İkincisi, Ərdoğan hədəfləyir ki:

- ABŞ Prezidenti Cozef Baydenlə görüşü zamanı Türkiyənin “F-16” təyyarələrini almasına razılıq verilsin (artıq Konqresdən də müsbət siqnallar gəlir);

- PKK-ya qarşı mübarizədə Vaşinqtonun dəstəyini alsın;

- Türkiyənin regional maraqlarının təminində ABŞ-nin dəstəyini qazansın.

İsveçin qarşısını almağa davam etmək Türkiyənin NATO strategiyasına sadiqliyinə şübhələri gücləndirərdi və Ankara Alyansdan bundan sonrakı addımları üçün dəstək almaqda maneələrlə üzləşə bilərdi. Lakin Türkiyə parlamenti ratifikasiyaya qədər İsveçin hərəkətlərini və öhdəliklərini diqqətlə izləməyə davam edəcək.

Ümumilikdə NATO sammiti ərəfəsindəki hərəkətlilik Ankaranın regional siyasətinin qlobal nizama təsirlərini ölçən vahidə çevrilir və gələcək üçün yol xəritəsi təqdim edir.

Bu, Türkiyənin strateji müttəfiqi Azərbaycan üçün də əhəmiyyət kəsb edir, çünki Ankaranın oyun qaydalarını təyin etməsindəki kartları Bakının Cənubi Qafqaz siyasətinə müsbət təsir göstərəcək.
Türkiyə strateji tərəfdaşı Rusiyanın ziddinə görüntü də yaradır, hərçənd, o, texniki və strateji baxımdan NATO-dakı kollektiv öhdəliklər üzrə məsuliyyətini yerinə yetirir.

Türkiyənin NATO-nun genişlənmə proqramına dəstək verməsinin Rusiyada doğurduğu reaksiya elə də həlledici deyil, Moskva indi Ankara ilə qarşıdurmaya getməkdənsə onu öz orbitinə doğru çəkmək istəyəcək.

Rusiya Türkiyə ilə müştərək maraqlarını NATO əleyhinə müqavimət fabriki kimi şişirtməkdə çox maraqlıdır, hərçənd, Ankaranın da Moskva ilə tərəfdaşlığı və sövdələşmələrinin həddi var.

Türkiyənin NATO-ya sadiqlik göstərməsindən sonra diqqəti çəkən bir siqnal Suriyada verildi. Suriyanın Azaz şəhəri yaxınlığında yerləşən Türkiyə bazası raket atəşinə məruz qaldı, bu, yəqin ki, təsadüf sayıla bilməz.

Suriyada əsas oyunçular ABŞ, Rusiya, Türkiyə və İrandır, yəqin etmək olar ki, Ankara-NATO xəttindəki razılıqlar fonunda Türkiyə bazasına raketlər hansı mövqelərdən atılıb.

Rusiya ilə Türkiyə Suriyada əks cəbhələrin hərəkətverici qüvvələri olsalar da, onların birgə maraq dairələri də az deyil, əgər raketlər Rusiyanın dəstəyi ilə atılıbsa, mümkündür ki:

- Kreml Ankaraya Suriya cəbhəsini xatırlatsın,

- Moskva Suriyada Ankara ilə yeni əməkdaşlıq modelini qurmağa can ataraq Qərbə qarşı koalisiyanın Yaxın Şərq cəbhəsini genişləndirsin.

Raketlər İran mövqelərindən atılıbsa, onda görmək olar ki, bu da Rusiyanın təlimatı ilə baş tutub, Moskva bu versiyada özünü birbaşa hədəfə gətirməkdən qaça bilər.

Əgər raket ABŞ qüvvələrinin nəzarət etdiyi zonadan buraxılıbsa, onda Türkiyə-ABŞ danışıqlarında Ankaranın əleyhinə masa qurmaq niyyətləri oxuna bilər.

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...