hemle

Səfərbərlik xidmətinin rüşvət alan əməkdaşları ilə bağlı QƏRAR VERİLDİ

Tarix:6-07-2023, 12:32
Baxış Sayı:153

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi və Laçın rayon bölməsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Əməliyyat-istintaq tədbirləri ilə SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin müfəttişi Ramil Həsənov və Laçın rayon bölməsinin müfəttişi Rəşad Rəşidlinin işlədikləri tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri almalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı başlanmış cinayət işləri üzrə toplanmış sübutlar əsasında Ramil Həsənov və Rəşad Rəşidli Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
12:26 Xanın kəndi qazlaşır!
10:02 Zəfər Günü münasibətilə Bakıda hərbi yürüş başlayıb
09:58 Azərbaycan XİN-dən Ermənistana MESAJ
09:56 Türkiyə Trampın qələbəsindən nə gözləyir? - 2018-ci ildə...
09:53 Putindən nüvə təhlükəsi ilə bağlı XATIRLATMA
09:51 Yeni dələduzluq növü yayılıb? - Polis XƏBƏRDARLIQ ETDİ
09:48 XİN: Şanlı bayrağımızın bütöv Azərbaycanda əbədi dalğalanmasını arzulayırıq
09:46 Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür