hemle

Əri 20 yaşlı Leylanı və 8 aylıq körpəsini niyə öldürüb? - TƏFƏRRÜAT

Tarix:22-06-2023, 11:51
Baxış Sayı:76

Qadın və körpəsi qətlə yetirilib. Dünən Hökməli qəsəbəsində baş vermiş dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

hemlemedia.az Xəzər TV-yə istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Leyla Hüseynli və 8 aylıq körpəsinin ölməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub. Qurumdan bildirilib ki, 1993-cü il təvəllüdlü Fərid Hüseynlinin hadisəni törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Hökməli qəsəbə İcra nümayəndəsinin müavini Güləhməd Xəlilovun sözlərinə görə əslən Masallı rayonundan olan Fərid Hüseynli Bakıda zərgərliklə məşğul imiş.

İddiaya görə, Fərid Hüseynli ilk olaraq həyat yoldaşına bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Bıçaq zərbələrindən biri həyat yoldaşının qucağında olan 8 aylıq qızı Aliyə Hüseynliyə dəyib. Körpə xəstəxanaya aparılarkən yolda keçinib. Fərid Hüseynli daha sonra əlində olan bıçaqla öz qarın boşluğuna ağır zərbələr endirib.

“O, xəstəxanaya çatdırılıb.”

Xəstəxanadan verilən məlumata görə Fərid Hüseynli 4 litr qan itirib və vəziyyəti kafidir. Qətlin qıqanclıq zəminində törədildiyi ehtimal edilir.

Faktla bağlı cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

Digər xəbərlər
15:55 “Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti