İyunun 18-də Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tatarların milli bayramı olan Sabantuy bayramı geniş qeyd olunacaq.
hemlemedia.az xarici KİV-ə istonadla xəbər verir ki, Sabantuy bayramı ilk dəfə olaraq respublika səviyyəsində yüksək səviyyəli qonaqların, o cümlədən Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun iştirakı ilə keçiriləcək.
Həmçinin Tatarıstan Respublikası Baş nazirinin müavini, Dünya Tatarlar Konqresinin Milli Şurasının sədri Vasil Şayxraziyev də tədbirdə iştirak edəcəklər.
Qeyd edək ki, bu gün Vasil Şayxraziyev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbər şəxsləri ilə Sabantuya hazırlıq işlərinin gedişi ilə tanış olub.
Artıq bütün sahələr üzrə hazırlıq işləri başa çatdırılır.