hemle

Günün qoroskopu: ehtiyalı, sərvaxt olun

Tarix:13-06-2023, 07:57
Baxış Sayı:124

Qoç - mühüm işləri təxirə salmayın. Günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Peşəkar müstəvidəki problemləri həll etməyə çalışın. Saatlar keçdikcə situasiya dəyişəcək, çətinliklərin sayı artacaq. Münaqişəli vəziyyətlər çoxalır.

Aqressiv və səbrsiz olmayın. Münaqişələrin səbəbkarına çevrilməyin.

Günün ikinci yarısında tənbəl və süst olmayın. Aktiv yaşam mövqeyiniz olarsa, məqsədlərə çata bilərsiniz. Qeyri-adi görüşlər, yeni tanışlıqlar olacaq.


Buğa - aktiv olun. Birmənalı olmayan, amma hadisələrlə zəngin və maraqlı gündür. Yaranmış situsiyada qəbul etməyə hazırlaşdığınız qərar yanlış olmamalıdır. Tələsməyin. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə yox, intuisiyanızın səsinə qulaq asın.

Günün ikinci yarısında işdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları, ixtilaflar ola bilər. Çoxdankı müttəfiqlərdən birini itirə bilərsiniz. Ehtiyac duyulmayan sözləri söyləməyin. Əhvalınız əlinizdədir. Olayların məcrasını sərfəli istiqamətə dəyişmək imkanlarını əldən verməyin. Axşam saatları alış-veriş üçün əlverişlidir.


Əkizlər - uğurlu və əlverişli gündür. Böyük ümidlər bəslədiyiniz işə dərhal başlasanız, yaxşı nəticələr əldə edə bilərsiniz. Ətrafınızdakı insanlarla dil tapmağa çalışın. Maraqlı tanışlıqlara nail olmaq mümkündür. Həmkarlarla qeyri-formal ünsiyyət müsbət emosiyalar bəxş edəcək.

Günün ikinci yarısında anlaşma və ya sövdələşmələr uğurlu ola bilər.

Orqanizminizi sınağa çəkməsəniz, əhvalınız yaxşı olacaq. İntizamlı və ağıllı davransanız, istənilən problemin öhdəsindən gələ bilərsiniz.

Xərçəng - yeni ideyalar və maraqlı imkanlar vəd edən yaxşı gündür. Səliqəli, diqqətli olun. Xırdalıqlarla detalları qulaqardına vurmayın. Kobud səhv və yanlışlıq ehtimalını minimuma endirin.

Günün ikinci yarısında işdə rəhbərliklə fikir ayrılığı ola bilər. İxtilafı ciddi münaqişəyə çevirməyin. Son vaxtlar yaranmış problemləri müzakirə edərkən məntiqli davranın.

Axşam saatlarında yeni münasibətlər başlaya bilər.

Hüquqi məsələlərin çözümü və qanunların öyrənilməsi üçün əlverişli zamandır. Aldığınız informasiya az sonra karınıza gələcək.

Şir - özünüz üçün çətin, ağır situasiya yaratmayın. Səhvlərin təkrarlanmasında təkidli olmayın. Ötənlərin acı təcrübəsini unudaraq yeni yanlışlıqlara yol verməyin. Yaxın ətrafınızdakı insanların məsləhətlərinin heç də hamısı pis deyil.

Günün ikinci yarısında evdə və işdəki münaqişələr sizi sinirləndirə bilər. Fikir ayrılıqlarının xoşagəlməz fəsadlara səbəb olmasına imkan verməyin. Başqalarının da haqlı ola biləcəklərini etiraf etməsəniz, səhvlərinizi boynunuza almasanız, işlərinizdə irəliləyişlər olmayacaq.

Qız - günün ilk yarısından maksimal dərəcədə effektiv yararlanın. Bu saatlarda çox işləri başa vura bilərsiniz. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri artacaq. Yaşam potensialı və işgüzar aktivlik səviyyəsi isə əksinə, aşağı düşəcək.

Günün ikinci yarısında əhvalınız korlana bilər. Bu yaxınlarda başladığınız işlərə marağınız azalmasın.

Dostlarla mübahisələr istisna deyil. Müttəfiqlərlə mübahisələr istisna deyil. İctimai və ya siyasi aksiyaya marağınız arta bilər. Səhhətinizə fikir verin. Axşam saatlarında sağlıq durumunuzda problemlər yarana bilər.


Tərəzi - əlverişli gündür. Maraqlı işgüzar təkliflər alacaqsınız. Həmin təkliflərin bəzilərini qəbul etmək mümkündür. İşlərinizdə peşəkar və enerjili olmaqla yanaşı, çalışdığınız insanlarla dil tapın, mübahisə etməyin.

Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil. Onların ən maraqlısı evdən uzaqda olacaq. Maliyyə fonu uğurludur. Son vaxtlar sizi narahat edən bir sıra məsələləri həll edə bilərsiniz. Alış-veriş üçün münasib zamandır.

Əqrəb - ziddiyyətli gündür. Yaxşı əhvalı qorumaq asan deyil. Ən kiçik məsələ və detal sizi qıcıqlandıra bilər. Bədxahlar və rəqiblər isə sizi təxribata çəkməyə, tələyə salmağa çalışırlar.

Ailə üzvləri ilə kəskin mübahisələr etməyin. Yaşlı qohumların dediklərini qulaqardına vurmayın.

Günün ikinci yarısında maliyyə problemlərini birlikdə həll etməyə çalışın.

İşdə vəziyyət stabil deyil. Uğurlu məqamlar az olduğundan özünüzü narahat, nigaran hiss edəcəksiniz. Sərfəli olmayan anlaşma və ya sövdələşmə nəticəsində pul itirə bilərsiniz.

Diqqətli olun.

Oxatan - uğursuz və mürəkkəb gündür. Lakin situasiya ümidsiz deyil. Qüvvə və potensialınızdan normal, məntiqlə istifadə etsəniz, işlərinizdə ciddi irəliləyişə nail ola bilərsiniz. Başladığınız işləri yarımçıq qoymayın.

Günün ikinci yarısında mühüm görüşlər, işgüzar danışıqlar zamanıdır. Önəmli görüşə həmfikirlərlə yollana bilərsiniz. Etibar etdiyiniz insanlarla çalışın.

Dəvət olduğunuz yerə yollanmaq əhvalınızı yaxşılaşdırmayacaq. İnsanların gur olduqları yerlərdə özünüzü narahat hiss edəcəksiniz.

Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin.

Oğlaq - uğurlu gündür. Müsbət təmayüllərin təsiri artacaq və yaşamınızın bir çox sahəsinə sirayət edəcək. Yaradıcılıq potensialının səviyyəsi artır, yeni və yaxşı ideyalar yaranır. İş yerini dəyişmək, yeni tərəfdaşlarla əməkdaşlığa başlamaq olar.

Günün ikinci yarısı peşəkar bacarıqlarınızın artırılması, yeni sahədə fəaliyyət üçün gərəkli informasiyanın alınması üçün əlverişlidir.

Nüfuzlu insanlardan biri sizə yardım edəcək. Bir zamanlar dayaq olduğunuz insan sizi unutmayıb. Axşam saatlarında xoş sürprizlər və hədiyyələr istisna deyil. Romantik təmaslar əhvalınızı yaxşılaşdıracaq.

Dolça - ehtiyalı, sərvaxt olun. Detallara diqqət yetirin. Laqeyd və ya hərdəmxəyal davranışın fəsadları ağır ola bilər. Nikbin olun. Amma unutmayın ki, məqsədə çatmaq üçün ciddi səylər göstərmək lazımdır. Bütün problemlərin özbaşına şəkildə çözüləcəyini düşünməyin.

Günün ikinci yarısında daha aktiv yaşam mövqeyi tutsanız, gözləntilərinizdə yanılmayacaqsınız.

Səhhətinizdə kiçik problemlər yarana bilər. Dəri allergiyasına tuş gəlməyin. Kulinar eksperimentlər aparmayın.

Balıqlar - qətiyyətli və iradəli olun. Maneələrlə sədlərin dəf olunması üçün yeni yollar arayın. Sizi çoxdan bəri narahat edən problemi çözmək zamanıdır. Uğurlara dərhal nail olmayacaqsınız. Nə qədər inadkar və təmkinli olsanız, bir o qədər yaxşıdır.

Günün ikinci yarısında alış-veriş zamanı ekstravaqant əşyalar almayın.

Əhvalınız pis olmayacaq. Yaşam potensialı səviyyəniz yüksəkdir. Səfər uğurlu alınacaq. Axşam saatlarında xoş tanışlıq istisna deyil. Amma yeni təmaslara can atmayın.


Milli.Az

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?