hemle

Müəllimlərin sertifikatlaşdırılması qaydaları təsdiqləndi – Bu cür aparılacaq

Tarix:1-05-2020, 22:14
Baxış Sayı:558

Nazirlər Kabineti təhsil sahəsinə aid bir sıra mühüm qaydaları təsdiq edib.
AzEdu.az xəbər verir ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Bu qayda pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.
Təhsilverənlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçirlər (bəzi istisnalar var).

Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (7 üzv) yaradılır.

Sertifikatlaşdırma 2 mərhələdən ibarət olacaq: test (60 sual/bal) və müsahibə (40 bal) mərhələsi. Test mərhələsindən keçid 30 bal, müsahibə mərhələsindən keçid 20 bal təşkil edəcək. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər. Üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən və ya keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Sertifikatlaşdırma prosesi 2020/21-ci tədris ilindən başlayacaq. Sertifikatlaşdırma mərhələli qaydada həyata keçiriləcək və təhsilverənlərə əvvəlcədən sertifikatlaşdırma ilə bağlı hazırlıq və təlimatlandırma imkanları yaradılacaqdır.
Sertifikatlaşdırma ödənişsiz həyata keçiriləcəkdir.

Firayə Allahverdiyeva

Digər xəbərlər
13:37 Zəngəzur, Dərələyəz və... - Yeni ərazilərin qaytarılmasına hazırlıq gedir
13:17 Bir tərəfdə leysan, bir tərəfdən də onlar yerə çatdı: Bu tarixə qədər davam edəcək
12:36 Qar, yağış, şaxta... - FAKTİKİ HAVA
11:45 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
10:24 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
09:44 Dəmir yolunda qatarlar buna görə gecikir - Səbəbi AÇIQLANDI
09:40 Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA