hemle

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Tarix:31-05-2023, 15:01
Baxış Sayı:122

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunacaq:

- hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi;

-. hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;

-. hakimlərin konfransı tərəfindən seçilən birinci instansiyası məhkəmələrinin üç hakimi;

-. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;

-. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;

-. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;

-. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil;

-. Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim;

- hüquq ictimaiyyətinin hakimlərin konfransı tərəfindən seçilən nümayəndəsi.

Qeyd edək ki, hazırda Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunur:

- Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri);

- Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri;

- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;

- Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;

- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;

- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikası Ali Məhkəməsinin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi;

- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi;

- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi;

- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi;

- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyi) təyin etdiyi şəxs;

- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təyin edilən vəkil;

- Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təyin edilən şəxs.

Beləliklə, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri), - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyi) təyin etdiyi şəxs, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təyin edilən şəxs Məhkəmə-Hüquq Şurasının tərkibində yer almayacaq. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri) və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilməsi barədə müddəa ləğv olunur. Ümumilikdə Məhkəmə-Hüquq Şurasının icra hakimiyyəti orqanlarının nümayəndələrindən olan üzvlərinin sayı azaldılır, hakim üzvlərinin sayı artırılır, Məhkəmə-Hüquq Şurasının hakim üzvlərinin hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla) seçilməsi, Məhkəmə-Hüquq Şurasının sədrinin isə Şuranın yalnız hakim üzvləri sırasından seçilməsi təklif edilir. Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim də Məhkəmə-Hüquq Şurasının üzvü olacaq.

Qeyd edək ki, qüvvədə olan qanuna görə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Məhkəmə-Hüquq Şurasına üzv təyin edilən şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə beş ildən artıq iş stajına malik olmalıdırlar. Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasına üzv seçilən (təyin edilən) şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə on ildən artıq iş stajına malik olmalıdırlar.

Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ