hemle

Saç salonunun rəhbəri jurnalist vəsiqəsiylə saxlanıldı - Foto

Tarix:1-05-2020, 19:25
Baxış Sayı:452

Nərimanov rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən protez saçların qoyulduğu salon aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, həyata keçirilən tədbir zamanı A.M.Cümə küçəsində yerləşən paytaxt sakini Məmmədov Ağa Mübariz oğluna məxsus “HDC Baku” mərkəzinin qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi, işçiləri və 1 nəfər müştəri Polis Şöbəsinə gətiriliblər.
Protez saç mərkəzinin rəhbəri Ağa Məmmədovun üzərinə baxış zamanı ondan jurnalist vəsiqəsi aşkar edilib. O, əvvəlcə bu vəsiqədən istifadə edərək məsuliyyətdən yayınmağa çalışsa da sonradan karantin qaydalarını pozduğunu etiraf edib.
Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və digər 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onlar inzibati qaydada 200 manat məbləğində cərimə ediliblər.


Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı