hemle

Günün qoroskopu: bir yerdə oturmayın

Tarix:24-05-2023, 07:22
Baxış Sayı:77

Qoç - sizi çətin gün gözləyir. Mənfi təmayüllərin təsiri artır. Məqsədə aparan yolda qarşınıza çıxan maneələrlə sədləri dəf etmək üçün var qüvvənizlə çalışmalı olacaqsınız. İşdə həmkarlarınızla fikir ayrılıqları yarana bilər. Rəhbərliklə mübahisə etməyin. Belə mübahisə uzunmüddətli münaqişənin əsasını qoya bilər.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda diqqətli olun.

Süstlük, tənbəllik, diqqətsizlik sizə başladığınız ən sadə işləri başa vurmağa mane ola bilər. Yaxın ətrafınızdakı insanlar sizi astagəllikdə suçlayacaqlar. Onların çoxsaylı tənqidləri sizdə qıcıq yaradacaq.

Buğa - gün ciddi problemlər vəd edir. Amma ruhdan düşməyin, nikbin olun. Belədə ətrafınızdakı insanların sizə marağı daha da artacaq. Ən müxtəlif insanlardan təkliflər alacaqsınız. Lakin bu adamları ayırd edin. Bəzi şəxslərdən uzaq durmaq gərəkdir.

Günün ikinci yarısında yeni dostluq və ya tərəfdaşlıq münasibətlərin başlanması istisna deyil. Fəqət diqqətli olun. Yeni tərəfdaşlarla məhsuldar peşəkar əməkdaşlıq şansları azdır.

İstənilən səfərlər üçün əlverişli zamandır. İşlər çox olsa da, yorulmayacaqsınız. Usanmayacaqsınız. Axşam saatlarında aldığınız informasiya karınıza gələ bilər.

Əkizlər - çətinliklər az olmayacaq. Lakin onların öhdəsindən tez gəlməyə çalışın. Fəndgir, hiyləgər olun, məqsədə doğru gedən yolda qarşınıza çıxan maneələri dəf edin. Aktual və praktik işlərin həlli üçün əlverişli zamandır. Genişmiqyaslı, böyük layihələrin həyata keçirilməsini təxirə salın.

Günün ikinci yarısında işlə bağlı aldığınız təkliflər ilk baxışdan cazibədar təsir bağışlasa da, onlar sərfəli deyillər.

Emosional fon münasibdir. Amma bir qədər sonra əsəbi gərginlik artacaq, qıcıqlanacaqsınız.

Axşam saatlarında yaxınlarınızla münaqişə etməmək üçün səylər göstərin.
 

Xərçəng - müsbət təmayüllərin təsiri artacaq. Gün pis deyil. Uzun müddətdən bəri həll etməyə çalışdığınız problemin həll variantlarını aşkarlayacaqsınız. Yeni tərəfdaşlarla əməkdaşlıq, iş yerini dəyişmək üçün pis zaman deyil.

Gəlirlər istisna deyil.

Axşam saatları imiclə eksperimentlər və alış-veriş üçün yaxşı zamandır.

Şir - günün ilk yarısı uğurlu olacaq. İşgüzar danışıqlar, nüfuzlu adamlarla görüşlər, mühüm məsələlərin nəzərdən keçirilməsi üçün münasib zamandır.

İşdə rəhbərlik və həmkarların dəstəyini alaraq ən cəsur planlarınızı reallaşdıra bilərsiniz.

Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Planlarınızın bəziləri pozula bilər. Münaqişəli vəziyyətlər, mübahisələr yaranacaq. Əhvalınız korlanacaq. Səhhətinizdə problemlər istisna deyil. Ürək-damar sisteminin xroniki ağrıları kəskinləşə bilər.

Qız - indiyədək sizi ciddi şəkildə narahat edən problemlər artıq önəmsiz təsir bağışlayır. Onlar sanki heç diqqətə layiq deyillər. Yeni, maraqlı işlər və tapşırıqlar yaranır. Onların bəzilərini həll etmək üçün səy göstərmək olar. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmaq istəyirsinizsə, təmkinli, səbrli davranın. Tələsik addımlar atmayın.

Günün ikinci yarısında istənilən situsiyanı təhlil etmədən qərar qəbul etməyin.

Yaxınlarınız problemlərinizi anlayşıla qarşılayırlar. Hamı üçün xoşagəlməz vəziyyət yarananda münaqişələrə və mübahisələrə yol verməyin.

Axşam saatlarında qəfil vizitlər ola bilər. Qonaqlar sizi sevindirəcək.

Tərəzi - hər addımınız düşünülmüş, hər qərarınız təmkinli olmalıdır. Ehtiyatlı olun, detallara fikir verin, xırdalıqlara laqeyd yanaşmayın. Yaxşı məsləhət almaq istəyirsinizsə, subyektiv olmayan, qərəzli və ya məkrli olduğunu düşünmədiyiniz insana müraciət edin. Yaranmış situasiya ilə bağlı tam informasiya əldə etməyə çalışın. Yeni işlərə başlamağa tələsməyin. Başladınızsa, sürətli və tam qələbəyə bel bağlamayın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Yaxınlarınızla təmaslarda diqqətli olun. Sevdiyiniz insanları anlamağa çalışın. Qəfil etiraf, diqqət izharı, hədiyyələr istisna deyil.

Əqrəb - mühüm işləri günün ilk yarısına planlaşdırın. Diqqətli olun, həll olunası problemə səthi yanaşmayın. İşgüzar danışıqlarda sərt olun, mənasız güzəştlərə gedərək mövqelərinizi zəiflətməyin. Peşəkar fəaliyyət müstəvisində qarşınızda yeni üfüqlər yaranır.

Günün ikinci yarısı çox uğurlu olmayacaq. Çoxsaylı kiçik problemlər yaranacaq. Onlar sizi sinirləndirəcək, qıcıqlandıracaq. Yaxınlarınızla mübahisə etməyin. Ətrafınızdakı insanlarla aqressiv davranaraq yeni düşmənlər qazanmayın.

Oxatan - danışıqlar, rəğbət bəslədiyiniz insanlarla ünsiyyət üçün əlverişli zamandır. Ənənələrin və qaydaların əleyhinə gedərək düzgün saydığınız variantı reallaşdıra bilərsiniz.

Yaxın ətrafınızdakı insanlarla təmaslarda nə qədər səmimi və qayğıkeş olsanız, işlərinizdə bir o qədər irəliləyiş müşahidə ediləcək. Münasibətlərdə harmoniyaya nail olun.

Günün ikinci yarısında maliyyə çətinlikləri yarana bilər. Qəfil xərclər istisna deyil. Səfər və ya səyahətdə ehtiyatlı olun. Fırıldaqçılar sizin hesabınıza gəlir əldə etmək istəyəcəklər.

Oğlaq - günün ilk yarısında qarışıq, çətin işlər çox olacaq. Mühüm qərarlar qəbul etməzdən əvvəl yaxşıca düşünüb-daşının. Peşəkar fəaliyyət və kommersiya məsələləri ilə bağlı təxirəsalınmaz məsələnin həllini yubandırmayın.

İş yerini dəyişmək, yeni tərəfdaşlarla əməkdaşlığa başlamaq, anlaşma və sazişlər üçün əlverişli zamandır.

Uğur sizin tərəfinizdədir. Adi günlərdən fərqli olaraq, işlərin öhdəsindən gəlmək asan deyil.

Günün ikinci yarısındakı problemlər seçdiyiniz yolun dürüstlüyünə şübhə yaratmasın. Axşam saatlarında köhnə dostlara baş çəkin. Sizi anlayan insanlarla vaxt keçirin. Belədə əhvalınız yaxşılaşacaq, gələcəyə nikbin baxacaqsınız.

Dolça - bir yerdə oturmayın, təşəbbüskar və fəal olun. Mürəkəb işin çarəsini başqalarının tapacağını düşünməyin. Öz işinizi başqalarına həvalə etməyin. Uzaq perspektivə hesablanmış planlar qurmaq, məqsədə çatmağın yeni yollarını aramaq olar. Uğurlu işgüzar səfərlər ola bilər. Yeni tərəfdaşlarla uğurlu anlaşma və ya saziş şansı artır.

Günün ikinci yarpısında maliyyə məsələlərində ehtiyatlı olun. Pulunuza qənim kəsilməyin, bədxərclik etməyin.

Məişət texnikası və ya bahalı əşyanın alınmasını ertələyin.

Balıq - qarşıya qoyduğunuz məsələlərin öhdəsindən gəlməyə çalışın. Yaxın ətrafınızdakı insanlar sizi tələsdirməyə çalışır. Sakit və təmkinli olun, hər xırda məsələyə qıcıqlanmayın. Soyuqqanlı davransanız, bir çox münaqişənin alovlanmasının qarşısını ala bilərsiniz. Gəlirlər istisna deyil. Məbləğ az olmayacaq. Qəfil hədiyyələr istisna deyil.

Günün ikinci yarısı şəxsi münasibətlər üçün uğurludur. Axşam saatlarında gəzintiyə çıxsanız, başağrısı və ya yuxusuzluğa qarşı preventiv tədbir görmüş olacaqsınız.

Milli.Az

Digər xəbərlər
09:27 Astma xəstəliyinin yeni müalicə üsulu kəşf edildi - 50 il sonra...
09:19 Əcnəbilər bu il ölkəmizdə nə qədər pul xərcləyib?
09:16 14 yüksək rütbəli zabitimizin şəhid olmasından 3 il ötür
09:13 Bu universitetlərdə 9 ixtisasla bağlı qərar verildi
15:55 “Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR