hemle

İran XİN-in saytları ələ keçirildi

Tarix:8-05-2023, 09:41
Baxış Sayı:94

"Qiyam Ta Serquni" adlı haker qrupu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin internet saytlarını və serverlərini sındırıb.

hemlemedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin avtomobillərinin gizli nömrələrinin siyahısı, Bəsic komandirləri və müşavirləri, eləcə də XİN-in 11.000 əməkdaşının adları internetdə yayılıb.

Qrup həmçinin İranın məhkum olunmuş diplomatı Əsədulla Əsədinin İrana qaytarılması ilə bağlı planları, həmçinin İran və Belçika arasında məhbus mübadiləsi sazişinin bağlanması səyləri, Avropa ölkələrinin rəsmiləri ilə onlarla görüş və media sənədlərini açıqlayıb.

Bundan əlavə, İran XİN-in 210 sayt və sisteminin sındırıldığı da açıqlanıb. Hakerlər nazirliyin təşkilati planını və yazışma kodlarını əldə edib.

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları