hemle

Ermənistan öhdəliklərdən boyun qaçırır - Ceyhun Bayramov

Tarix:26-04-2023, 22:27
Baxış Sayı:99

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da fəaliyyət göstərən “Xəzər Siyasət Mərkəzi”nin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Xəzər regionunda siyasi, iqtisadi, təhlükəsizlik vəziyyəti, bu sahələr üzrə tədqiqatların aparılması sahəsində əməkdaşlıq məsələləri və perspektivlər, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.

Nazir ölkəmizin də bir hissəsi olduğu Xəzər dənizi regionu üzrə elmi-analitik tədqiqatların aparılmasının vacibliyindən bəhs edərək, Azərbaycanın beyin mərkəzləri ilə əməkdaşlıq məsələlərinə əhəmiyyət verdiyini bildirib. Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzləri ilə sıx əməkdaşlığın qurulması, əlaqələrin inkişaf etdirilməsinin Mərkəzin fəaliyyətinə töhfə verəcəyinə dair inam ifadə edilib.

C.Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, sülh gündəliyinin irəli aparılması sahəsində fəaliyyət və mövcud çağırışlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Ermənistanın əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində öhdəliklərindən boyun qaçırmasının bölgədə davamlı sülh və təhlükəsizliyin təmin olunmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına təhdid törətdiyi diqqətə çatdırılıb. Laçın-Xankəndi yolunda yaradılmış sərhəd-keçid məntəqəsi qərarının mahiyyəti barədə məlumat verilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ