hemle

İspaniya həftədə dörd günlük iş planını sınaqdan keçirəcək

Tarix:14-04-2023, 10:09
Baxış Sayı:100

İspaniya həftədə dörd iş günü planını sınaqdan keçirməkdə maraqlı olan kiçik və orta sənaye şirkətləri üçün 10,5 milyon dollardan çox vəsait ayırmağı planlaşdırır.

Bu barədə İspaniya hökuməti dörd günlük sınaq proqramını elan edib və bu proqrama müraciət etməkdə maraqlı olan şirkətlər üçün şərtlərini açıqlayıb.

Qeyd olunub ki, sınaq müddəti ən azı 2 il olacaq. Plan ayaqqabı, konserv, geyim və ya avtomobil fabrikləri kimi kiçik sənaye müəssisələrindən başlayacaq və müsbət nəticələr əldə olunarsa, digər biznes sektorlarına da genişlənəcək.

Onu da deyək ki, İngiltərədə dörd günlük iş həftəsinin sınaq mərhələsi yeni başa çatıb. Onun nəticələri üç günlük həftəsonu baxımından müsbət qiymətləndirilib.

Digər xəbərlər
21:14 Ağcaqanad dərmanları istifadə edənlərə XƏBƏRDARLIQ - Vacib faktlar
21:11 Bank kartları necə talanır? - Ciddi XƏBƏRDARLIQ
21:08 8 saatdan çox işləyənlərin maaşları artacaq
21:06 ChatGPT beynimizlə bərabər, dünyanın su ehtiyatlarını da məhv edirmiş
21:02 İlham Əliyev: Qoşulmama Hərəkatının daha sanballı təsisat kimi fəaliyyəti Azərbaycanın və Vyetnamın marağındadır
20:59 Rusiyada qanunsuz miqrantların uşaqlarının bağçalara buraxılmaması təklif olunur
20:57 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
20:55 İlham Əliyev Moskvada Qələbə paradına qatılmayacaq