hemle

Azər Rəcəbova ağır cəza verildi

Tarix:12-04-2023, 22:19
Baxış Sayı:127

Şəmkir Regional Mədəniyyət İdarəsinin keçmiş rəisi Azər Rəcəbova hökm oxunub.

hemlemedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azər Rəcəbov 10 il 6 ay, həmin dövrdə mütəxəssis kimi çalışan Ələkbər Əliyev 3 il 6 ay və məsləhətçi kimi işləyən Seymur Səfərov isə şərti olmaqla iki il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində ötən ilin iyununda məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Digər xəbərlər
15:47 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
15:43 Bakıda tikiləcək 10 yeni metro stansiyasının DƏQİQ YERLƏRİ müəyyənləşdirilib
15:39 Vətəndaşların NƏZƏRİNƏ - Sabah Bakıda 27 marşrutun hərəkət istiqaməti dəyişdiriləcək
15:33 Trampın gizli planları üzə çıxdı - Məqsədi nədir?
15:31 Metroda işıqlar söndü: qatarlar gecikir - RƏSMİ
10:44 Faydalı kimi təqdim edilən zərərli DÖRD MƏHSUL
10:36 DİN-dən əhaliyə xəbərdarlıq
10:32 Yağıntılı və küləkli hava şəraiti bu tarixədək davam edəcək