hemle

İlham Əliyev "Togg" avtomobilini təslim alır - TARİX AÇIQLANDI

Tarix:3-04-2023, 18:24
Baxış Sayı:109

Türkiyənin yerli və milli avtomobili olan "Togg" sabah Azərbaycan prezidenti İlham Əliyev üçün Azərbaycana gətiriləcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra Türkiyənin yerli və milli avtomobili “Togg”u alan ikinci şəxs Azərbaycan prezidenti İlham Əliyev olacaq.

Azərbaycan prezidenti avtomobili sabah paytaxt Bakıda keçiriləcək mərasimlə təslim alacaq.

Mərasim Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varankın avtomobilin açarını İlham Əliyevə təqdim etməsi ilə başlayacaq, "Togg" şirkətinin baş direktoru Mehmet Gürcan Karakaşın Azərbaycan liderini "Togg"un texniki xüsusiyyətləri haqqında məlumatlandırması və İlham Əliyevin avtomobili idarə etməsi ilə başa çatacaq.

Qeyd edək ki, fevral ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yerli istehsalı olan ikinci “Togg” elektromobilinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə veriləcəyini açıqlamışdı.

Ərdoğan bildirmişdi ki, istehsal olunacaq ikinci elektromobili Azərbaycan Prezidenti İlham Əliyev istəyib: "Dərhal növbəyə İlham bəy keçdi. Əliyev ikincini mənə verin dedi".

Musavat.com

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ