Şimali Koreya lideri Kim Çen Inın cəsədinin şüşə tabutda yayılan şəkli yenidən dünya gündəmini qarışdırıb.
Yaponiya mətbuatı Şimali Koreya lideri Kim Çen Inın “bitkisəl həyat”ını davam etdirdiyini yazmışdı. Şimali Koreyanın dövlət radiosu isə Kimin işini fəal şəkildə davam etdirdiyini açıqlamışdı.
Cənubi Amerikanın senatoru respublikaçı Lindsey Qraham Kim haqqında “Ölməmiş olarasa və ya iş görə bilməyəcək hala gəlməyibsə, şok olaram”, – demişdi.Şimali Koreya qəzeti “Rodong Sinmum” isə mübahisələrə son qoyaraq Kimin şüşə tabutda cənazəsinin şəklini yayıb.
Şəkildə Kimin başının altında yastıq və üzərində qırmızı yorğan olduğu əks olunub. Şəklin isə 2011-ci ildə Kimin atasının dəfn mərasiminə aid olduğu və fotoşop yolu ilə düşəldildiyi iddia edilib.
ABŞ və Çinin aidiyyəti orqanları Kim Çen Inın komada, ağır xəstə, hətta ölü olub-olmadığı haqda məlumatların həqiqəti əks etdirib-etdirmədiyini araşdırır.Dünən Şimali Koreya mətbuatı, Kim tərəfindən yazıldığı və bir kurort inşaatında qələmə alındığı deyilən məktubu yayımlayıb və Şimali Koreya liderinin Cənubi Afrika Prezidenti Kril Ramafosaya mesaj göndərdiyini iddia edərək onun yaşadığını göstərməyə çalışdı.Ancaq Kimin yeni görüntülərinin yayımlanmaması söz-söhbətləri artırıb. Yenə də Şimali Koreya liderinin şüşə tabutun içərisində paylaşılan şəklinin fotoşop olduğuna inanılır.
Yapon xəbər şəbəkəsi “JNN”-də görüntülənən şəklin Kimin atasının dəfn mərasimindən çəkilən bir şəkillə çox bənzərlik təşkil etdiyi bildirilir.
Paylaşılan şəkillə Kimin atasının dəfn mərasimindən çəkilən şəkillə bir oxşarlığı da onların hər ikisinin eyni istiqamətdən çəkilməsi və başının altındakı yastıq ilə güllərin eyni olmasıdır. Şəkildə kimin indiki halındakı quruluşunun üst-üstə düşməsi də diqqət çəkib.
Sosial mediada paylaşılan bir çox fikirlərdə, şəklin Kimin həftə sonu öldüyünü iddia edən “HKSTV” kanalının canlı yayımladığı bildirilir.
Xatırladaq ki, şəkildəki tabutta olan kimin bənzər fotoşop görüntüsü 2017-ci ilin oktyabr ayında “Twitter”də paylaşılmışdı. Kimin atası da, babası da inkarktdan ölüb.
Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinə görə, Şimali Koreyanın lideri, Samjiyonun şimalında ev tikən işçilərə təşəkkürünü bildirib. Ancaq sözügedən xəbər agentliyi Kimin yerinin açıqlanmadığını və ya hər hansı bir şəklinin paylaşılmadığı qeyd edib.
Kimin ölümü ilə Şimali Koreyalıların çəkdiyi problemlərin qismən azaldılacağını iddia edən Lindsey Qraham “Prezident Donald Trump Şimali Koreya ilə qarşılıqlı qazanc şəklində işləmək istəyir. Ona görə də əgər bu adam öldüsə, yerinəkeçəcək şəxsin Şimali Koreyanı daha yaxşı bir yer halına gətirmək üçün Trampla işləyəcəyinə ümid edirəm”, – deyə bildirib.
Qeyd edək ki, keçən həftə ağır ürək əməliyyatı keçirən Kimin ölüm xəbəri dünya mediyasında müzakirə obyekti olmuşdu. Lakin bu xəbərin doğruluğu təstiqini tapmamışdı./cəbhə.info/
ONN İnformasiya Agentliyi