hemle

Qənirə Paşayevaya yeni vəzifə verildi

Tarix:28-04-2020, 14:04
Baxış Sayı:546

www.Fedai.az
Milli Məclisin deputatı Qənirə Paşayeva Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin edilib.


Bu barədə Modern.az-a millət vəkili özü məlumat verib.


«Ölkəmizi Asiya Parlament Assambleyasında layiqincə təmsil etmək üçün həmkarlarım Aydın Hüseynov, İlham Məmmədov və Anar Məmmədovla birlikdə bütün gücümüzlə çalışacağıq. Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmək kimi önəmli və məsuliyyətli bir vəzifəni mənə etimad gostərdikləri üçün Milli Məclisin rəhbərliyinə təşəkkürümü bildirirəm. Cənab Prezidentimizin Milli Məclisdə çıxışında ölkəmizi beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil etmək, həqiqətlərimizi daha geniş çatdırmaq, dövlətimizin maraqlarını daha möhkəm qorumaq kimi önəmli tövsiyyələrini Asiya Parlament Assambleyasında yüksək səviyyədə həyata keçirmək üçün həmkarlarımla birlikdə yorulmadan çalışacağıq», — deyə Qənirə Paşayeva bildirib.

Digər xəbərlər
15:20 Bu ölkədə qurban kəsmək qadağan olundu: Çünki...
15:11 Ermənistan arxivindən hansı materiallar Azərbaycana verilib? - Sensasion DETALLAR
15:01 Gədəbəydə başına torba keçirilən qadın öldü - Rəsmi açıqlama
10:07 Üç il əvvəl danışıqları bu iki ölkə pozub: Kiyev sülh şansını itirib - Şok iddia
09:13 Baku Piano Festival 2025 gəlir
09:04 Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ
08:49 Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
08:34 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı