hemle

MARAQLI HADİSƏ- MƏHKUM AZADLIQDAN İMTİNA ETDİ

Tarix:28-04-2020, 13:48
Baxış Sayı:501

Prezident İlham Əliyev pandemiya səbəbilə aprelin 6-da imzaladığı əfv sərəncamının şamil olunduğu məhkumlardan biri azadlığa çıxmaqdan imtina edib.

ONN media xəbər verir ki, bunu açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Ə.Nuriyev qeyd edib ki, şərti adı M.A olan həmin şəxs övladını öldürüb:

“Yaşı 65-dən yuxarı olan məhkum əfv sərəncamındakı kriteriyalara uyğun gəlsə də, ərizə yazaraq könüllü şəkildə azadlıqdan imtina etdi:

“Çünki azadlıqda onu gözləyən kimsə yox idi. Övladını öldürdüyündən ailənin digər üzvlərilə intriqaları davam edir, ailə onu bağışlamayıb. Həmin şəxs əfv olunsaydı, ailə daxilində başqa konflikt yarana bilərdi. Bildiyiniz kimi, əfvdən əvvəl hər bir məhkumla fərdi söhbətlər aparılır. Ağır cinayət törətməsinə rəğmən səhhətində problem olduğu üçün o şəxsə əfv düşürdü. Amma o, bundan könüllü imtina etdi. Çünki deyirdi ki, “çıxsam yenə bura qayıdacam”.

Qeyd edək ki, Prezident İlham Əliyev pandemiya səbəbindən bu il aprelin 6-da məhkum edilmiş şəxslərin əfv olunması barədə sərəncam imzalayıb. Sərəncamla yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa buraxılıb

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq