hemle

Qənaət, yoxsa mənimsəmə üçün zəmin? - Dəmir yolu işçilərinin iş norma saatı kəsilib

Tarix:28-04-2020, 12:43
Baxış Sayı:402

Dəmir yollarında çalışan bütün işçilərin iş norma saatı kəsilib,bu da onların məvaciblərinə təsir edib.
Faktinfo.az-ın əldə etdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-də çalışan 20 mindən artıq işçinin 6 günlük iş norması 127 saatdan deyil,103-dən hesablanıb.Belə ki,mart ayının 29,30,31 və aprel ayının 1,2,3 tarixlərinə aid 6 günlük iş normasından ümumilikdə 48 saat kəsilib.

Qeyd edək ki, ölkə rəhbərliyinin göstərişi,Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, 29.03.2020-ci il tarixindən 06.04.2020 ci ilədək olan dövrdə ölkə üzrə dövlət müəssisələrində işləyən şəxslərin fəaliyyətinin müvəqqəti dayandırılması və respubilka üzrə orta aylıq əmək haqqı 700 manatdan aşağı olan,eyni zamanda kredit borclarının vaxtında ödənilməsi məqsədilə əmək haqlarından tutulmaması haqqında Azərbaycan Respubilkası Nazirlər Kabineti yanında Operativ Qərərgahın göstərişi var.

Dəmir Yollarında çalışan işçilərin 90%-nin əmək haqlarının 380-500 AZN intervalında olduğu halda,mart ayından 3 gün üçün 24 saat ,aprel ayından 3 gün üçün 24 saat kəsilməklə hesablanması başa düşülən deyil.

Nəzərə alsaq ki, "Azərbaycan Dəmir Yolları" QSC-də 20 mindən artıq şəxs işləyir, onlardan kəsilən 6 günlük iş saatlarından yaranan məbləğ 10 manat olarsa,bu rəqəm 6 iş günü üçün 60 AZN edir. 20 000 min işçidən qənimət bilinən 60 manat puldan isə 1.200 000 məbləğ yaranır.Bu rəqəm bizim təxmini hesablamamızdan 2 dəfə çox da ola bilər.

Koronavirusla bağlı karantin dövründə "Azərbaycan Dəmir Yolları" rəhbərliyinin 90%-i vəzifəsiz olan işçilərinə tətbiq etdiyi bu məsələnin qənaət, yoxsa mənimsəmə üçün zəmin olduğuna aydınlıq gətirmək məqsədilə QSC-yə zəng etsək də, cəhdlərimiz cavabsız qaldı.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ