hemle

Trampla görüşdən sonra taleyi dəyişən azərbaycanlı milyonçu kimdir?

Tarix:6-03-2023, 15:23
Baxış Sayı:142

Ukraynada yaşayan azərbaycanlı milyonçu Vaqif Əliyev bu ölkədəki planlarının bəzilərini gerçəkləşdirə bilməyib.

Bu barədə "Ekonomika Pravda" məlumat dərc edib.

Məlumata görə, 1968-ci ildə Türkmənistanda azərbaycanlı ailəsində anadan olan iş adamı Ukraynada "Mandarin Palace", "Blockbuster Mall", "Lavina Mall" və s. ticarət mərkəzlərinin sahibidir.

O, amerikalı biznesmen (eks ABŞ prezidenti) Donald Trampla görüşdən sonra 2020-ci ilin sonunadək Ukraynada 9 iri ticarət mərkəzi açmaq istədiyini bildirib.

Bildirilib ki, biznesmenlər Nyu-Yorkda görüşüb. "Tramp Tower"də baş tutan görüşdən sonra azərbaycanlı milyonçunun taleyi daha da yaxşılaşıb. Bundan sonra Ukraynaya qayıdan Əliyev, İqor Nikonov və Vladimir Krapivinlə şərik kimi KAN şirkətini təsis ediblər.

O, Trampla görüşdən sonra Kiyevdə daşınmaz əmlak bazarının kralına çevrilmək üçün ən azı səkkiz böyük ticarət mərkəzi tikmək fikrində idi. Məqsədin əldə edilməsinə epidemiya, müharibə, miqrasiya və ödəmə qabiliyyətinin böhranı mane olub.

Bununla bağlı AP-yə müsahibə verən milyonçu qeyd edib ki, "üç-dörd aydan sonra "Putin zəhərlənəcək", müharibə başa çatacaq, Kiyev isə Avropanın böyük meqapolisinə çevriləcək, paytaxtın əhalisi xeyli artacaq, turist axını on dəfə artacaq".

Digər xəbərlər
08:37 “WhatsApp”da çoxdandır gözlənilən YENİLİK
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI