hemle

Daha 3 istiqamət üzrə “biletim.az”dan onlayn bilet almaq mümkün oldu

Tarix:25-02-2023, 13:43
Baxış Sayı:143

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha 3 məntəqə əlavə edilib.

Sərnişinlər artıq paytaxt Bakıdan Ağcabədi, Qəbələ və Şabrana, eləcə də əks-istiqamətə hərəkət edən avtobuslara da onlayn bilet ala biləcəklər.

Sistemdə bu günə kimi Bakıdan Gəncə, Qazax, Gədəbəy, Bərdə, Mingəçevir, Göyçay, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Quba, Qusar, Xudat, Astara, Lənkəran və Horadizə olmaqla, 17 marşrut üzrə avtobuslara bilet əldə etmək mümkün idi. Portala daxil edilən istiqamətlərin sayı hazırda 20-yə çatıb.

Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda daşıyıcıların sayı 58-ə, nəqliyyat vasitələrinin sayı isə 115-ə çatdırılıb.

Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dan yükləmək mümkündür.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu