hemle

Apreldən məktəblərdə yeni formalar tətbiq olunacaq? – Açıqlama

Tarix:20-02-2023, 20:30
Baxış Sayı:161

Bakının bəzi məktəblərində rəhbərlik tərəfindən şagirdlərə aprel ayının 15-dən etibarən dərsə məktəb tərəfindən müəyyən olunmuş geyim formasında gəlmələri ilə bağlı göstəriş verilib.

Bu valideynlər müraciət ediblər. Onlar bildirirlər ki, tədris ilinin sonunadək şagirdlərə yeni geyim formaları ilə yanaşı əvvəlki məktəbli formalarından istifadəyə icazə verilirdi. Lakin qəfildən verilən bu qərar onlarda narahatlıq yaradıb.

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması könüllülük əsasında tənzimlənir: “Şagirdlər ötən tədris ilindəki məktəbli geyimlərindən də istifadə edə bilər və ya sadəcə ağ köynək, qara (tünd göy) şalvarda (ətəkdə) gələ bilərlər.

Qeyd olunan məsələ ilə bağlı valideynləri maraqlandıran hər hansı sual olarsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat vermələri xahiş olunur”.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev tədris ilinin əvvəlində yeni geyim formalarının məcburi olmayacağını açıqlamışdı. Onun sözlərinə görə, artıq növbəti tədris ilindən etibarən yeni məktəbli formalarının tətbiqinə başlanılacaq. Bu qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir, hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ