hemle

"Səninləyəm-Türkiyəm!" adlı yardım kampaniyasına start verildi

Tarix:6-02-2023, 13:58
Baxış Sayı:140

Fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində, Qaziantepdə və digər ərazilərdə güclü zəlzələ baş verib.

Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb, insan təlafatı və çoxsaylı yaralılar var. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili və cəmiyyətin rəhbər heyəti Türkiyə Qızıl Ayının Azərbaycan nümayəndəliyinə gedərək baş vermiş təbii fəlakətlə bağlı Türkiyə xalqına başsağlığı vermiş və cəmiyyətin missiyasına uyğun yardımların edilməsi üçün hazır olduqlarını bildirmişlər.

Səhər iş saatı başlayan kimi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında Türkiyədəki zəlzələ ilə bağlı təcili müşavirə keçirilib. Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanovun başçılığı ilə keçirilən müşavirədə yardım kampaniyası ilə bağlı müzakirələr aparılıb, imkanlar araşdırılıb. Zəlzələdən zərərçəkən insanlara yardım edilməsi məqsədilə “SƏNİNLƏYƏM-TÜRKİYƏM!” adlı yardım kampaniyasının keçirilməsi qərara alınıb. Yardım kampaniyasına həm fiziki, həm də hüquqi şəxslər qoşula bilər.

Onlayn İANƏ: Hesab.az və Yardım.et

Ödəmə terminalları: Milliön, eManat

SMS İanəsi: Azercell abunəçiləri 8116 nömrəsinə İANƏ etmək istədiyi məbləği yazaraq SMS vasitəsilə İANƏ edə bilər.

"Səninləyəm-Türkiyəm!" adlı yardım kampaniyasına start verildi

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ