hemle

Ötən il itkin düşən şəxsin Kürdən meyiti tapıldı - YENİLƏNİB (FOTOLAR)

Tarix:4-02-2023, 22:38
Baxış Sayı:130

2022-ci ilin dekabr ayında hüquq-mühafizə orqanlarına Tovuz Rayon Polis Şöbəsinə rayonun Qədirli kənd sakini Eldəniz Məmmədovun Kür çayında batması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Rayonun Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumların iştirakı ilə həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilib.


Nəticədə vətəndaşın meyiti bu gün tapılaraq ekspertizaya təqdim edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır

***16:06

Kür çayında meyit tapılıb.

Çayın Şəmkir rayon ərazisindən keçən hissəsindən 1975-ci il təvəllüdlü Məmmədov Eldəniz Mikayıl oğlunun meyiti sudan çıxarılıb. Meyit eskpertizaya verilib.

Qeyd edək ki, Tovuz rayon sakini Eldəniz Məmmədovun ötən ilin dekabr ayından itkin düşməsi ilə bağlı məlumat yayılıb.

Ötən il itkin düşən şəxsin Kürdən meyiti tapıldı - YENİLƏNİB (FOTOLAR)

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ