hemle

Quran yandırmağa icazə verən İsveçin "TÜRKİYƏ PLANI" bəlli oldu

Tarix:2-02-2023, 14:59
Baxış Sayı:131

Xəbər verdiyimiz kimi, İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib.

Türkiyədən İsveçdəki qalmaqala ən sərt reaksiya prezident Rəcəb Tayyib Ərdoğandan gəlib.

İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesindən danışan Ərdoğan deyib: “Türkiyəni tanıya bilmədilər. İndiki Türkiyə 20, 30, 40 il əvvəlki Türkiyə deyil. Biz Finlandiya ilə bağlı fərqli bir mesaj verəndə İsveç şoka düşəcək”.

İsveçin NATO-ya daxil olmaq üçün qurduğu planlar bəlli olub.

İsveçin baş naziri Ulf Kristerssonun yanvarın 31-də partiya liderləri ilə görüşü olub.

Quran yandırmağa icazə verən İsveçin "TÜRKİYƏ PLANI" bəlli oldu

"Expressen"in əldə etdiyi məlumata görə, partiya liderlərinə verilən hesabatda qeyd olunub ki, Quran yandırıldıqdan sonra İsveçə qarşı geniş dezinformasiya kampaniyası aparılır və İsveç terrorun “qanuni hədəfi” kimi göstərilir.

Xəbərdə toplantıda böhran yaşandığı da qeyd olunub. Keçmiş baş nazir Magdalena Andersson Kristerssondan ifrat sağçı İsveç Demokratlar Partiyası ilə əməkdaşlığı dayandırmasını istəyib.

NATO üzvlüyünü ölkənin ən mühüm təhlükəsizlik hədəfi kimi görməyə davam edən Kristerssonun həyata keçirəcəyi "Türkiyə planı"na da xəbərlərdə geniş yer verilib.

Bildirilir ki, planın 2 variantı olacaq:

Birinci mərhələdə İsveç ölkədə baş verən qalmaqallı əməllərin dövlət siyasəti olmadığını vurğulamaqda davam edəcək.

İkinci mərhələdə gərginliyin azaldılması və dialoq mühitinə qayıtması üçün lazımi addımlar atılacaq.

Musavat.com

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ