hemle

Volodimir Zelenskinin doğum günüdür

Tarix:25-01-2023, 10:21
Baxış Sayı:132

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin doğum günüdür.

Zelenski 1978-ci ilin 25 yanvarında Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində anadan olub.

O, anası ilə dörd il Monqolustanın Erdenet şəhərində yaşayıb və orada birinci sinfi bitirib.

Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil alıb.

Zelenski prezidentliyə qədər şoumen, aktyor, rejissor, ssenarist, prodüser və bədii direktor kimi fəaliyyət göstərib.

Volodomir Zelenski keçmiş məktəb dostu olan Olena Zelenskaya ilə 2003-cü ilin sentyabrında ailə həyatı qurub.

Cütlüyün 2004-cü ilin 15 iyulunda Aleksandra adlı qızı, 2013-cü ilin 21 yanvar tarixində isə Kirill adlı oğlu dünyaya gəlib.

Zelenski 2013-2014-cü illərdə Avromeydan aksiyasını və Donbas müharibəsi vaxtı Ukrayna ordusunu dəstəkləyib.

Zelenski 2015-ci ildə “Xalqın xidmətçisi” adlı televiziya serialında Ukrayna prezidenti rolunu canlandırıb.

Həmin rol təxminən 30 yaşda olan və paylaşdığı populyar video ilə tanınaraq prezident seçkisində qələbə qazanan tarix müəllimi idi.

2018-ci ildə serialın istehsalçı şirkəti olan “Kvartal 95” Xalqın Xidmətçisi Partiyasını yaradıb.

Zelenski 2018-ci ilin 31 dekabrında “1+1” telekanalında ukraynalılara müraciət edib. O, ölkədə 2019-cu il prezident seçkisində iştirak edəcəyini söyləyib. Zelenski 2019-cu ilin aprelindən Ukraynanın prezidentidir.

Digər xəbərlər
10:17 Gürcüstanda parlament seçkiləri keçirilir
10:07 Gündə neçə stəkan çay içmək olar? - Həkim normanı keçməyin nələrə səbəb olduğundan danışdı
10:06 Vətən müharibəsinin 30-cu günü - Üçüncü atəşkəs elan olunur
09:46 ABŞ yeni silah alır: Rusiya və Çin peyklərini zərərsizləşdirəcək
09:39 Naxçıvanda əhali arasında vaksinasiya aparılır
09:36 İsrail İrana ikinci dəfə zərbə endirib
18:43 Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!
18:36 Bu şəxslərə verilən müavinət ARTIRILIR