hemle

QHT Daun və autizmli uşaqlar üçün yeni il şənliyi təşkil edib

Tarix:27-12-2016, 18:23
Baxış Sayı:657

Gələcək Gənclər İctimai Birliyi, Birliyin nəzdində fəaliyyət göstərən Daun, autizm və həmçinin əqli inkişafdan geri qalmış uşaqların inkişafı Mərkəzinin uşaqları üçün Yeni il şənliyi təşkil edib. Tədbirdə balacalar üçün əsl bayram ab-havası yaradılıb. Şənlik Uşaqların Şaxta baba və Qarqız səhnəciyi ilə başladı. İnkişaf Mərkəzinin uşaqları rus dilində öyrəndikləri şeİrləri Söylədilər ,Rəqs dərnəyinin uşaqlarının ecazkar hind və milli rəqsləri isə şənliyi daha da rəngləndirdi. Onların öz bacarıq və istedadlarını nümayiş etdirməsi üçün hər cür şərait yaranmışdır . Daun və autizmli uşaqları şer deməsi, mahnı oxuması və rəqs etməsi isə Şənliyə qoşulan valideyin və qonaqları daha çox sevincə qərq etmişdi.

“Qayğıya ehtiyacı olan uşaqlar üçün belə şənliklərin hər rayonda və hər yerdə keçirilməsi vacibdir. Belə uşaqlar diqqət mərkəzində saxlanılmalı və hər zaman sevildikləri göstərilməlidir” Deyən İctimai Birliyin sədri Kazım Məmmədov Sonda Tədbirdə iştirak edən və dəstək olan hər kəsə minnətdarlığını bildirdi.

Şənliyin sonunda İnkişaf Mərkəzinin uşaqlarına hədiyyələr paylandı. Bayram ovqatlı çay süfrəsi ətrafında şənlik davam etdi.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ