hemle

8 kanala xəbərdarlıq edildi

Tarix:26-12-2022, 12:17
Baxış Sayı:145

Audiovizual yayımçılara edilən xəbərdarlıqlar və tətbiq olunan sanksiyalar açıqlanıb.

"Unikal"ın məlumatına görə, Audiovizual Şuranın sədri İsmət Səttarov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, 8 televiziya kanalına xəbərdarlıq edilib.

O bildirib ki, 4 dəfə efir dayandırılması sanksiyası tətbiq edilib: "Televiziyada aparılan monitorinq zamanı 323 pozuntu aşkar edilib ki, bunun da 184-ü reklamla bağlı olub. Radioda 78 pozuntu olub və bunun da 50-si reklamla əlaqəlidir. Hər aşkar olunan pozuntularla bağlı daxili bildiriş göndərilib.

Misal olaraq, radiolarda Dövlət Himninin səsləndirilməsi ilə bağlı bəzən texniki problemlər də olur. Belə pozuntu üçün efirin dayandırılması nə dərəcə düzgün olar? Əgər bu hal 1 həftə ərzində təkrarlansa, o zaman ciddi sanksiya tətbiq edilə bilər".

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan