hemle

Sülhməramlılarının 14 avtomobili aksiya keçirilən yerdən sərbəst hərəkət edib

Tarix:23-12-2022, 20:46
Baxış Sayı:132

Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən maneəsiz hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Laçından Xankəndi istiqamətinə Rusiya sülhməramlılarına məxsus, təminat yüklü 12 avtomobil keçib.


Daha 2 avtomobil isə Xankəndidən Laçın istiqamətinə hərəkət edib.

Bu gün ümumilikdə hər iki istiqamətə ümumilikdə təminat yüklü 25 avtomobil aksiya keçirilən yerdən maneəsiz keçid edib.

Bu, bir daha göstərir ki, Laçın-Xankəndi-Laçın yolu hər iki istiqamətə humanitar məqsədli keçid üçün açıqdır. Aksiya iştirakçıları avtomobillərin hərəkətinə heç bir maneə yaratmırlar.

Qeyd edək ki, Ekoaktivistlər, könüllülər, vətəndaş cəmiyyətinin nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq dekabrın 12-dən aksiya keçirir.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı