hemle

İlham Əliyev, Putin və Paşinyan Soçidə GÖRÜŞƏCƏK

Tarix:26-10-2022, 12:36
Baxış Sayı:149

“Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 31-i Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putinlə görüşmək üçün Soçiyə yollanacaq”.

hemlemedia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Məndə olan məlumatlara görə, Paşinyan səfər edəcək. Düşünürəm ki, görüş baş tutacaq”, - deyə Simonyan söyləyib.

Xatırladaq ki, Vladimir Putin oktyabrın 14-ü Astanada MDB dövlət başçıları Şurasının iclasında çıxışı zamanı İlham Əliyevlə Nikol Paşinyanı Rusiyada görüş keçirməyə dəvət etmişdi. Rusiyanın “Vedomosti” nəşri isə görüşün Moskva və yaxud Soçidə keçirilə biləcəyini yazıb.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ