hemle

Öldürülən polkovnik İrandan Rusiyaya pilotsuz təyyarələr aparırmış

Tarix:26-10-2022, 10:05
Baxış Sayı:150

Xəbər verdiyimiz kimi, ötən gün İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki üzvü güllələnib.

hemlemedia.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, öldürülənlərdən biri də İrandan “Şahed-136” kamikadze pilotsuz uçan aparatlarının Rusiyaya çatdırılmasına və onlardan istifadə təlimatına cavabdeh olan polkovnik Mehdi Mollaşaxidir.

Bildirək ki, qətl oktyabrın 25-də günorta saatlarında İranın Bəlucistan əyalətinin paytaxtı Zahedan şəhərində baş verib.

"KIR zabiti, polkovnik Molaşaxi və Bəsic təşkilatının komandirlərindən biri Cavad Kıx avtomobildə güllələniblər", - deyə KİV-də qeyd olunub.

Onlar həmçinin son on il yarım ərzində İranda hökumət əleyhinə nümayişləri vəhşicəsinə yatırmaqda ittiham olunurlar.

Xatırladaq ki, Rusiya son vaxtlar Ukraynaya hücumlar üçün İranın “Shahed 136” kamikadze pilotsuz təyyarələrindən kütləvi şəkildə istifadə edir.Tehran dəfələrlə pilotsuz təyyarələrin Rusiyaya ötürülməsini təkzib edib. Ağ Ev İranın təkziblərini həqiqətəuyğun hesab etmir.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ