Bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayı keçiriləcək.
Saat 10:00-da başlayacaq qurultayda Mətbuat Şurasının yeni sədri və İdarə Heyətinin üzvləri müəyyənləşəcək.
Qeyd edək ki, Təşkilat Komitəsinin qərarına əsasən, ali məclisdə gündəlik qəzetlər və informasiya agentlikləri 2, həftəlik və aylıq qəzetlər, həmçinin jurnallar, jurnalist təşkilatları, internet informasiya resurları və digər qurumlar 1 nümayəndə ilə təmsil olunacaqlar. Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.
Bildirilib ki, qurultayda MŞ İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.