hemle

Ukraynanın hücum taktikası rusları çətin vəziyyətə salıb

Tarix:30-08-2022, 09:10
Baxış Sayı:161

Ağ Evə Ukraynanın cənubda əks-hücum əməliyyatına başlaması ilə bağlı xəbərlər daxil olub. Lakin ABŞ hökuməti hərbi əməliyyatlar barədə konkret şərh vermək istəmərib.

hemlemedia.az Bizimyol.info-ya istinadla xəbər verir ki, bu barədə "CNN"ə Milli Təhlükəsizlik Şurasının ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, əks-hücumun miqyasından və əhatə dairəsindən asılı olmayaraq, ukraynalılar artıq Rusiyanın hərbi potensialına təsir edə bildiklərini göstəriblər.

"Belə ki ruslar sadəcə olaraq ukraynalıların cənubdan daha çox hücum edə biləcəyinə dair məlumat aldıqlarına görə, şərqdən resursları geri çəkməli oldular. Və buna görə də onlar açıq-aydın əks-hücum təhlükəsi kimi gördükləri şeyə cavab vermək üçün şərqi Donbassdakı müəyyən ərazilərdə müəyyən birlikləri məhv etməli oldular”, - Kirbi bildirib.

O qeyd edib ki, Rusiyanın Ukraynada hələ də “kadrlarla bağlı problemləri” var, buna görə də o, yaraqlıların ölkə daxilində cəlb edilməsini genişləndirməyə eləcə də özünün bəzi çağırışçı və muzdlularını vaxtından artıq xidmətə cəlb etməyə çalışır.

"Onların işçi qüvvəsi ilə bağlı problemləri var - Ukraynanın potensial əks-hücumuna dair xəbərlərə necə cavab verməli olduqları ilə bağlı yaranmış çatışmazlıqları bərpa etmək üçün kifayət etməyən işçi qüvvəsi problemləri", - Kirbi bildirib.

Kirbi həmçinin bildirib ki, "hücuma getmək ideyası ukraynalılar üçün yeni deyil", çünki Ukrayna qüvvələri müharibənin ilk aylarında Rusiya qüvvələri ilə döyüşüb.

Ukrayna mətbuatı daha əvvəl xəbər verib ki, Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib ki, Ukrayna Silahlı Qüvvələri cənubun bir çox istiqamətlərində hücum əməliyyatlarına başlayıb.

"CNN"in məlumatına görə, Ukrayna ordusu Xerson yaxınlığındakı 4 kəndi rus işğalçılarından azad edib.

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?