hemle

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimi aparılacaq - Diqqət!

Tarix:24-08-2022, 07:50
Baxış Sayı:235

Bu gün və avqustun 26-da 2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimi həyata keçiriləcək.

Vakansiya seçiminə saat 11:00-dan etibarən start veriləcək və proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada təşkil olunacaq. Namizədlər 26 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Əlavə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Qeyd edək ki, vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün təqvim ili ərzində müsahibələrin həyata keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı