hemle

Azərbaycanda süni UN BÖHRANI yaratmaqda kimlər maraqlıdır? – REAL VƏZİYYƏT

Tarix:19-08-2022, 16:44
Baxış Sayı:170

Unun qiyməti qalxmaqda davam edir. Mütəxəssislərin rəyinə görə, son 15 gündə bir kisə unun qiyməti 8-10 faiz bahalaşıb.

Taxıl biçinin yenicə başa çatdığı və yerli məhsulun bazar bol şəkildə çıxdığı bir vaxtda unun qiymətindəki bu artım nəylə bağlıdır?

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş dünən Kiyevdə olarkən bəyan etdi ki, ərzaqlıq buğdanın qiyməti son günlər dünya bazarında 8 faiz ucuzlaşıb”. Və qiymətlərdəki bu eniş qlobal ərzaq bazarlarının stabilləşməyə başladığının əlamətləri kimi qəbul edilir. Onu da əlavə edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi iyul ayında 9% azalıb ki, bu da 2008-ci ildən bəri dünya bazarında qeydə alınan ən böyük azalmadır.

Çox təəssüf ki, dünyada ərzaqlıq buğdanın qiymətinin enməyə başladığı bir vaxtda Azərbaycanda unun qiyməti kəskin bahalaşıb. Ən qəribəsi də odur ki, bu gün Azərbaycanın iri un və çörək istehsalçıları birgə məlumat yayıblar. Yayılan məlumatda ölkə daxilində baş verən qiymət artımını dünyada gedən proseslərlə əlaqələndirirlər. Qəribəsi də odur ki, məlumatı yayanlar fikirlərini 2021-ci ildə baş verən qiymət artımı ilə əsaslandırmağa çalışırlar. Üstəlik, Beynəlxalq qurumların statistikasını təkzib edirlər.

Bəs həqiqət haradadır?

Məsələyə münasibət bildirən tanınmış iqtisadçı-ekspert Akif Nəsirli qeyd edib ki, bu çox məntiqsiz açıqlamalardır:

“Artıq bir neçə həftədir ki, ölkədə məqsədli şəkildə təbliğat aparılır ki, dünyada ərzaqlıq buğdanın qiyməti bahalaşır. Və buna görə də Azərbaycanda unun qiymətinin qalxması qaçılmazdır. Bu tamamilə blefdir, tamamilə dezinformasiyadır. Ona görə də taxıl idxalı həyata keçirən şirkətlərin gətirdikləri arqumentlərin heç bir iqtisadi əsası yoxdur. Əgər dünyada qiymət ucuzlaşırsa, bizdə niyə bahalaşmalıdır?!”

Tanınmış ekspert hesab edir ki, hökümət bu cür çağırışların, məlumatların qarşısını almalıdır:

“Bundan əlavə idxaldan asılığı azaltmaq üçün alternativ variantlar üzərində işi sürətləndirməliyik”.

Qeyd edək ki, Prezident İlham Əliyev Basqal qəsəbəsinə səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də qeyd edib ki, ölkəmizdə heç bir ərzaq qıtlığından söhbət gedə bilməz. Dünyada gedən iqtisadi böhranlar fonunda Azərbaycan dövləti ciddi təhlükəsizlik tədbirləri görüb və kifayət qədər ehtiyatımız və məhsuldarlığımız mövcuddur.
Bizim.Media

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış